Вторник, 30.04.2024, 04:08
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 17 » Azərbaycan parlamenti dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddini 65 yaş müəyyənləşdirib
16:45
Azərbaycan parlamenti dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddini 65 yaş müəyyənləşdirib

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında qanun”a əlavə və dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layihəsi haqda məlumat verən parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini Rövşən Rzayev bildirib ki, dəyişikliklər dövlət qulluğunda olmanın yaş həddi ilə bağlıdır.

Onun sözlərinə görə, dəyişikliklərdə dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65 yaş müəyyənləşdirilib: "65 yaşına çatmış dövlət qulluqçusunun qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun qulluqda olma müddətinin 5 ildən çox uzadılmasına icazə verilmir. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq həmin qurumun işçilərinin sayının 1%-dən artıq ola bilməz”.

"Dövlət qulluğu haqqında” qanuna dəyişikliklərlə əlaqədar olaraq Əmək Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi də müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə məlumat verən parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, prezident İlham Əliyevin imzası ilə göndərilən layihədə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yuxarı yaş həddinin 65 olması nəzərdə tutulur. Müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətini müvafiq icra hakimiyyəti orqanının rəhbəri hər dəfə bir ildən çox olmayaraq uzada bilər. Lakin bu müddətin 5 ildən çox uzadılmasına yol verilmir. Başqa sözlə, dövlət idarələrində çalışanların yuxarı yaş həddi 70-dən çox ola bilməz.

Qanuna dəyişiklərə parlamentdə təmsil olunan rektor deputatlar - Gülçöhrə Məmmədova, Şəmsəddin Hacıyev və Abel Məhərrəmov ciddi narahatlıq ifadə ediblər. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov 65 yaş həddini ciddi tənqid edərək rəhbəri bildirib ki, Azərbaycanda hazırda 1800 professor var. Bu qanun qəbul olunandan sonra onların hamısı işdən çıxarılmalıdır: «Həmkarım Əhməd Vəliyev sakit oturub. Bizdə işdən çıxarılanlar üz tutacaq özəl universitetlərə, özəl universitetlər çiçəklənəcək. Belə olan təqdirdə dövlət təhsil ocaqları idarə olunmayacaq. Yaşlı nəsli birdən küçəyə atmaq olmaz. Mən təklif edirəm ki, 65 yaş 70 yaşla əvəz olunsun”.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Просмотров: 285 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031