Главная » 2011 » Май » 16 » Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nı təsdiqləyib
15:55 Azərbaycan Nazirlər Kabineti “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları”nı təsdiqləyib |
Azərbaycan Nazirlər Kabineti «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları»nı təsdiq edib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Bununla da "SSRİ vətəndaşlarının familiyalarını, adlarını və
atalarının adlarını dəyişdirməsinə dair xahişlərə baxılması qaydası
haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan SSR Nazirlər
Sovetinin 1971-ci il 27 sentyabr tarixli 317 nömrəli qərarı ləğv edilib.
Qaydalara görə, uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin
cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Adın
verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat
orqanının qərarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Sənədə görə, uşağa ata adı atasının adına, valideynlər öz aralarında
nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə
verilir. Uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın
valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı
ilə atanın və ya ananın soyadına uyğun soyad verilir.
Qaydalarda soyad sonluğuna dəyişiklik edilməsi də əksini tapıb. Sənədə
görə, 18 yaşına çatmış hər bir vətəndaşın ərizəsinə əsasən, onun mövcud
soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların
soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər
qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya
himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin
soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının
sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu
yalnız onun razılığı ilə dəyişdirilə bilər. Soyadın sonluğuna dəyişiklik
edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və
yeni şəhadətnamələr verilir.
Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış
yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya
konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu,
nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat
şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada
edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən
şəxsə yeni şəhadətnamələr təqdim olunur.
Azərbaycan vətəndaşlarının öz adını, ata adını və soyadını
dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının
və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən
həyata keçirilir.
Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb ola bilməz.
|
Просмотров: 309 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|