Вторник, 07.05.2024, 03:51
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Август » 10 » Astara rayon sakini həmkəndlisini baltalayıb
18:12
Astara rayon sakini həmkəndlisini baltalayıb

Azərbaycanın Astara rayon sakini həmkəndlisini baltalayıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, hadisə rayonun ucqar yaşayış məntəqəsi olan Romi kəndində qeydə alınıb. Kənd sakini, 46 yaşlı Malid Rukiyev şəxsi münaqişə zəminində həmkəndlisi, 53 yaşlı İlham Rüstəmova balta ilə ağır bədən xəsarəti yetirib.
Bir neçə balta yarası alan İlham Rüstəmov təcili Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. Çoxlu qan itirməsinə baxmayaraq, həkimlər onu xilas edə biliblər.
Faktla bağlı Astara RPŞ-də araşdırmalara başlanıb. Hadisəni törətməkdə təqsirli bilinən Maldi Rukiyev saxlanılıb və hadisə ilə bağlı istintaqa ifadə verib.
Просмотров: 244 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Август 2011  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031