Главная » 2011 » Май » 14 » ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşını maşınla vuran prokuror oğlu 4 il 6 ay azadlıqdan məhrum edilib
14:01 ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin qardaşını maşınla vuran prokuror oğlu 4 il 6 ay azadlıqdan məhrum edilib |
Tanınmış jurnalist Rafael Mustafayevi avtomobillə vuran sürücüyə hökm oxunub. APA-nın məlumatına görə, mayın
13-də Yasamal Rayon Məhkəməsində İsmayıl İsmayılovun işi üzrə məhkəmə
prosesi yekunlaşıb. Məhkəmənin qərarı ilə İ. İsmayılov 4 il 6 ay
müddətinə azadlıqdan, 2 il müddətinə isə sürücülük hüququndan məhrum
edilib.
Qeyd edək ki, məlum hadisə 2010-cu il noyabrın 14-də Bakı şəhəri,
Şərifzadə küçəsi, 165 ünvanında qeydə alınıb. İ. İsmayılov idarə etdiyi,
dostu Fərid Əfəndiyevə məxsus maşınla piyadalar Rafael Mustafayev və
Qasım Muradpuru vurub. Nəticədə ağır xəsarətlər alan piyadalar sürücüdən
onları xəstəxanaya çatdırmalarını xahiş ediblər. Sürücü əvvəlcə onları
maşına götürsə də, sonradan Z. Kərimov küçəsində ataraq qaçıb. R.
Mustafayev orada dünyasını dəyişib. Q. Muradpur isə sonradan xəstəxanaya
yerləşdirilib.
İ. İsmayılovun atası Behbud İsmayılov uzun illər Respublika Baş
Prokurorluğunda çalışıb və məhz məlum hadisədən sonra B. İsmayılov
peşmanlıq hissi keçirərək tutduğu vəzifədən azad edilməsi ilə bağlı
ərizə yazıb. B. İsmayılov ərizəsi əsasında işdən azad olunub.
Xatırladaq ki, qəzada ölən R. Mustafayev 1955-ci ildə Bakı şəhərində
anadan olub. O, Azərbaycan Neft Kimya Akademiyasını bitirib. Bir sıra
yerli informasiya agentliklərində çalışan R. Mustafayev Rusiyanın
"Kommersant”, "Novıe İzvesiya” qəzetləri ilə də əməkdaşlıq edib. 2004-cü
ildən Rusiyanın "Reqnum” informasiya agentliyinin əməkdaşı olub.
R. Mustafayev ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin böyük qardaşıdır.
|
Просмотров: 260 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|