Вторник, 30.04.2024, 10:20
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 16 » Allahşükür Paşazadə: “Gürcüstanda müsəlman idarəsi yaratmaq, müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil”
13:46
Allahşükür Paşazadə: “Gürcüstanda müsəlman idarəsi yaratmaq, müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil”


"Gürcüstanda "Gürcüstan Müsəlmanları İdarəsi” adlı qeyri-hökumət təşkilatının yaradılması bugünkü məsələ deyil. Bu, çoxdandır, davam edən bir prosesdir”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. "Bu məsələ Gürcüstanda hələ üzərində 4 xaç olan bayraq qəbul ediləndən bəri davam edirdi. Hər bir dövlətin ixtiyarı var ki, öz daxilində istənilən məsələ ilə bağlı qərar versin, həmçinin dini və başqa məsələlərlə bağlı... Məsələ bunda deyil. Məsələ ondadır ki, bunda müəyyən qədər birtərəfli yanaşma var. Əgər Gürcüstandakı başqa dinlər üçün də belə bir idarə yaransaydı, həmçinin Ermənistanda da analoji idarə olsaydı, onda demək olardı ki, bu məsələdə birtərəfli münasibət göstərilməyib”, - deyə A. Paşazadə bildirib.

A. Paşazadə deyib ki, Gürcüstanda məhz müsəlman idarəsi yaratmaq, müsəlmanları bir növ mənəvi cəhətdən Azərbaycandan qoparmaq dini məsələ deyil.

QMİ sədri vurğulayıb ki, Gürcüstanda "Gürcüstan Müsəlmanları İdarəsi”nin yaradılması ilə bağlı gələcək planlar var: "Mən 100 faiz bilirəm ki, bunun arxasında "Böyük Ermənistan” planı durur. Bu, böyük bir siyasi məsələnin birinci addımıdır. Bu addımda dini məsələ pərdə rolunu oynayır. Bizim gələcəkdə bu haqda müraciətlərimiz olacaq və biz xahiş edəcəyik ki, bu addımlar atılmasın. Özü də çox maraqlıdır ki, Gürcüstandakı bəzi azərbaycanlılar bu məsələdə fəallıq göstərirlər, vəzifədə olan azərbaycanlılar bu gün bu addımı atırlar. Lakin onlar bir gün öz xalqları qarşısında cavab verəcəklər. Xalqımız necə ki, Ermənistandan qovuldu, bu gün bu təhlükə Gürcüstanda da hiss olunur. Hesab edirəm ki, burada ziyalı sözü öz rolunu oynamalıdır. Əgər kimsə düşünürsə ki, Qafqaz Müsəlmanları İdarəsi nəsə eləməlidir, bu, düzgün deyil. Söhbət burada mollalıqdan getmir. Bir milyon müsəlman olan bir dövlətin bayrağında 4 xaç varsa, məscidin də üstündə İslam bayrağı olmalıdır, başqa dini yerlərdə də belə olmalıdır. Demək, bu məsələdə milli məsələ dini məsələdən daha çox qabarır. Mən elə bilirəm ki, dövlət ümumi qərar qəbul edirsə, biz onların daxili işlərinə müdaxilə etmək ixtiyarımız yoxdur. Hər dövlətin özünün hüquqları var. Yeni idarə yaradır, ya yaratmır, bu, onun öz işidir. Bununla bərabər, xalqların mənafeyini, xalqların birliyini, qonşuluq həddini, Azərbaycan xalqının mənəvi cəhətdən bir-birindən qoparılması - bu bizim üçün, azərbaycanlılar, Azərbaycan üçün müəyyən çətinliklər yarada bilər. Ümid edirəm ki, bu məsələ düzgün həllini tapacaq”.
Просмотров: 283 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031