Суббота, 04.05.2024, 08:36
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Июнь » 30 » Allahşükür Paşazadə abort, süni mayalanma, orqan transplantasiyası və estetik əməliyyatlarla bağlı mövqeyini açıqlayıb
19:41
Allahşükür Paşazadə abort, süni mayalanma, orqan transplantasiyası və estetik əməliyyatlarla bağlı mövqeyini açıqlayıb

"Ana rəhmində qərar tutan döl, doqquz aylıq müddətin heç bir mərhələsində abort edilə bilməz, dinimiz bunu haram sayır.


Abort etmək üçün heç bir səbəb, bəhanə gətirilməməlidir”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səhiyyə Nazirliyinin "Tibb” qəzetinə müsahibəsində deyib. O bildirib ki, İslam alimləri birmənalı olaraq nütfənin ana bətnində qərarlaşmasından sonra onu məhv etməyi, ana bətnindən xaric edilməsini qadağan edirlər: "Bu mövzuda dinimizdə üzrlü səbəb yalnız ananın həyatının təhlükədə olmasıdır ki, bu xüsusda uşağın cisminə ruh daxil olmazdan qabaq onu saldırmağa icazə verilir.
Əgər uşağın cisminə ruh daxil olubsa, yəni dörd aylıqdırsa, heç bir təqdirdə icazə yoxdur. Sonrakı aylarda əgər hamiləliyin davam etməsi həm ana, həm də bətndə olan körpə üçün təhlükəli olarsa və uşağın xilas olunması heç cür mümkün olmazsa, bu halda ananın xilas edilməsinə, uşağın abort olunmasına icazə verilir”.

A. Paşazadə əlavə edib ki, cahilliyə, yəni İslamdan əvvəlki dövrdə qız uşaqlarının diri-diri torpağa gömülməsi kimi Allah tərəfindən bəyənilməyən bir əməlin indi selektiv abortlar şəklində həyata keçirilməsi böyük günahdır: "İnsanların əksəriyyəti bu cinayətlərin fərqinə varmırlar. Bunun qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirilməlidir”.

QMİ sədri "Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsi barədə də danışıb: "Bu qanunda məni narahat edən məqamlar dini və milli-mənəvi dəyərlərlə bir araya sığmayan məsələlərlə bağlı idi. Belə ki, ailə ən mühüm ictimai dəyər olmaqla yanaşı, Allahın bizə bəxş etdiyi böyük nemətlərdəndir. Ailənin sağlamlığı ilə yanaşı, onun təməlində halallığın qorunması ümdə məsələlərdəndir. Süni mayalanma məsələsi ilə bağlı birmənalı fikrimi bir neçə dəfə bildirmişəm, indi də təkrar edirəm: ailənin övladı yalnız öz qanuni, halal atasından mayalanmalıdır. Belə olan halda, övladın bu və ya digər səbəbdən təbii yolla mayalanması ərsəyə gəlməyən ailələrdə tibbin köməyindən yararlanmaq olar. Fəqət, halal atanın dölünü qadının bətninə qoymaq olar, başqa kişinin dölü haramdır. Bu, Allahın buyurduğu vacib şərtdir, əks təqdirdə, zatı bilinməyən övlad dünyaya gələr və bu haramdır. Elm və onun nailiyyətlərindən sui-istifadə etmək, dini-əxlaqi sərhədləri, mənəvi hüdudları aşmaq olmaz. Bunun çox fəsadlı nəticələri ola bilər. Allah-Təalanın insana bəxş etdiyi idrak sayəsində elm inkişaf edir və onun nəticələrindən insanların nəfinə istifadə olunması çox önəmlidir. Lakin Allah-Təala hər bir məsələdə hədd qoyub - bu da insanın mənafeyi baxımından qərar verilib. Bu həddi aşanlar xeyir görə bilməzlər. Düşünürəm ki, hörmətli millət vəkillərimiz milli kimliyimizin qorunması baxımından böyük önəm kəsb edən bu qanun layihəsinin müzakirələri və qəbulu zamanı vurğuladığım məqamları nəzərdən qaçırmayacaq və mükəmməl bir qanun qəbul etməyə müvəffəq olacaqlar”.

O, orqan transplantasiyası ilə bağlı danışarkən isə bildirib ki, ölüdən orqan nəql edildiyi kimi, yaşayandan da orqan nəql oluna bilər: "Əlbəttə, burada mühüm şərtlər mövcuddur. Ölüdən ediləcək orqan nəqlinin caiz ola bilməsi üçün xəstəyə orqan nəqlindən başqa çarə tapılmadığı barədə səlahiyyətli tibb işçilərinin qərar vermələri, xəstənin bu nəqllə sağalacağı barədə qənaət sahibi olmaları gərəkdir. Bundan əlavə, ölümündən əvvəl, qəfil ölüm deyilsə, xəstənin özünün, ölümündən sonra isə varislərinin orqanın transplantasiyasına icazə vermələri mümkündür. Habelə orqan nəqli nəyinsə müqabilində qarşılıqlı razılaşma əsasında həyata keçirilə bilər. Yaşayan insandan nəql ediləcək orqanla bağlı şərtlərə gəlincə, orqanı öz istəyi ilə hədiyyə edəcək insanın transplantasiyadan sonra sağlamlığına zərər gəlməyəcəyi barədə həkimlərin qəti fikirləri olmalıdır”.

A. Paşazadə estetik əməliyyatlar mövzusunda da danışıb və deyib ki, insan Allah-Təala tərəfindən xəlq olunduğu görkəmi dəyişməyə meyl etməməlidir: "Estetik əməliyyatla hər hansı əzanın şəklini dəyişdirmək olar. Ümumiyyətlə, bu və ya digər əzanın quruluşu insanın həyat tərzini çətinləşdirirsə, onun sağlamlığına zərər verir, cəmiyyətə qaynayıb-qarışmasına əngəl olursa, əmək qabiliyyətini məhdudlaşdırırsa və ya gözəl görünməkdən ötrü estetik cərrahiyyə əməliyyatı etmək istəyirsə, bu zaman tibb elminin imkanlarından istifadə etməklə qüsurları aradan qaldırmağa icazə var. Tibb mütəxəssisləri tərəfindən təminat verildiyi halda və həyati təhlükə yoxsa, şəriət estetik əməliyyatları qadağan etmir”.

Şeyxülislam ailə üzvlərindən iki nəfərin - qızlarının tibb sahəsinin işçisi olduğunu da bildirib.
Просмотров: 271 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Июнь 2011  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930