Вторник, 30.04.2024, 04:19
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2011 » Май » 4 » 30 gündə 47 intihar...
12:42
30 gündə 47 intihar...

Modern.az
saytının məlumatına görə, bu ilin aprel ayında Azərbaycanda 47 intihar faktı qeydə alınıb. 38 nəfər özünəqəsd nəticəsində dünyasını dəyişib. 9 nəfərin həyatı isə yaxınlarının müdaxiləsi nəticəsində xilas edilib.Aprelin 20-də Xaçmaz rayonu, Palçıqoba kənd sakini 22 yaşlı Şahzadə Nəcəfov özünü asaraq intihar etmək istəyib. Lakin onun 13 yaşlı bacısı Fəxriyyə qardaşını həyətlərindəki yardımçı tikilidə ipdən asılı qaldığını görəndə özünü itirməyərək onun ayaqlarından qaldıraraq xilas edə bilib.

Həyat yoldaşı qətlə yetirildi, iki uşaq anası intihara cəhd etdi

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da özünəqəsdlər ailənin bir üzvünün bu və ya başqa səbəbdən dünyasının dəyişməsinə digər ailə üzvünün isə buna dözməməsi səbəbindən baş verir. Məsələn, Göyçay rayonu, Bığır kənd sakini, iki uşaq anası, 31 yaşlı Xəyalə Nuhzadə ərinin qətlə yetirilməsindən sonra sirkə turşusu içərək intihara cəhd edib. Onun həyat yoldaşı Rauf həmin gün həmkəndlisi tərəfindən qətlə yetirilibmiş. Ağır vəziyyətdə Bakıya xəstəxanaya gətirilən X.Nuhzadənin sonrakı taleyi haqda məlumat verilməyib.

Xətai rayonu sakini, 39 yaşlı Hidayət Vəliyev isə həyat yoldaşı ilə mübahisə edərək onu bıçaqlayıb. Bundan sonra isə ailə başçısı bıçaqla özünə xəsarət yetirərək intihara cəhd edib.

Biləsuvar rayonunda nişanlısı qoşulub qaçan 30 yaşlı Samir Mirzəyev intihar məqsədilə özünü bıçaqlayıb.

Yardımlı rayon sakini olan Samir Biləsuvarın Aşağı Cünəli kəndindən olan bir qızla nişanlı olub. Bu səbəbdən mütəmadi olaraq nişanlısı ilə görüşmək üçün kəndə gəlirmiş. Növbəti dəfə kəndə gələn Samir nişanlısının başqa bir oğlana qoşulub qaçdığını eşidib. Eşitdiklərinə inana bilməyən Samir nişanlısının eşqindən içki düşkününə çevrilib. Baş verənlərə inana bilməyən S.Mirzəyev özünə bıçaqla xəsarət yetirərək intihara cəhd etsə də, şahidlər tərəfindən təcili xəstəxanaya aparıldığından həyatını xilas etmək mümkün olub.

Binəqədi rayonunda isə nişanlısının başqası ilə ailə qurmasına dözməyən 24 yaşlı Ləman Sadıqova özünü asaraq intihar edib. Qeyd edək ki, anası əvvəlcə qızının intihar etməsi faktını gizlətməyə çalışıb. Bu məqsədıə o, qızın intihar etdiyi zaman istifadə etdiyi kəndiri gizlədib. Lakin uzun sürən araşdırmalardan sonra L.Sadıqovanın intihar etməsi təsdiqlənib. Məlum olub ki, L. Sadıqova dörd il əvvəl nişanlanıb. Lakin qızın nişanlısı aprelin 9-da başqa bir xanımla ailə qurub. Bundan xəbər tutan L. Sadıqova özünə qəsd edib.

Ötən ay daha bir uğursuz intihar cəhdi Quba rayonunda qeydə alınıb. Aşağı Xuc kənd sakini, 74 yaşlı Qızbacı Əhmədova üzərinə neft tökərək, özünü yandırıb və dərhal rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun dünyasını dəyişən oğlunun yoxluğuna dözə bilmədiyindən intihara cəhd etdiyi bildirilib.

Bərdədə isə stress keçirən 19 yaşlı Əfruz Haqverdiyeva atasının ölümü günü özünü öldürmək istəsə də, buna nail ola bilməyib. Qaratəpə kənd sakini özünəqəsd məqsədilə "danadişi” dərmanı adlanan niosidol məhlulu içib. 19 yaşlı qızın atası keçən il dünyasını dəyişib və həmin gün onun vəfatının ildönümü olub.

Aprel ayında Ağdam rayonunda baş verən intihara cəhdi isə dəhşətli hadisə hesab etmək olar. Aprelin 4-də rayonun Əhmədağalı kənd sakini, 44 yaşlı Allahverdi Sadıqov yaşadığı evin həyətində ot biçmək üçün istifadə olunan dəryazla boğazını kəsib. O, xeyli qan itirsə də, məqsədini sona çatdıra bilməyib, yaxınları onu Quzanlı qəsəbəsindəki xəstəxanaya çatdırıblar. Özünü öldürmək istəyən Ağdam sakininin ailəli olduğu və əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Apreldə beş məktəbli intihar edib

Azərbaycanda gənc, orta və yaşlı nəslin nümayəndələri müxtəlif səbəblərdən həyatlarına qəsd edirlər. Məktəbli və yeniyetmələrin bu addımı atması isə çox zaman müəammalı olaraq qalsa da, ötən ay baş verən bir intiharın səbəbi açıqlanıb.

Tovuz rayonunun Əsrik-Cürdəxan kənd sakini, 11 yaşlı Əsginaz Məmmədova yaşadıqları evin çardağından özünü asıb. Hadisənin qızın öz atasının məzarını ziyarət etmək istəməsi, lakin nənəsinin ona icazə verməməsi səbəbindən baş verdiyi bildirilib. Rəsmi məlumata görə, 6-7 il əvvəl qızın atası rəhmətə gedib, anası isə yenidən ailə həyatı qurub. Qız nənəsi ilə birgə yaşayırmış. Aprelin 9-da qız atasının məzarını ziyarət etmək istəyib. Lakin nənəsi ona icazə vermədiyindən Əsginaz özünü asıb.

Ötən ay Biləsuvar şəhər sakini, 15 yaşlı Mirzəbaba Quliyev yaşadığı evin həyətində özünü asıb.

Mingəçevir şəhər 18 saylı orta məktəbin 11-ci sinif şagirdi Çinarə Yusifova yaşadığı mənzilin pəncərəsindən özünü atıb.

Xaçmaz rayonu, Qımılqışlaq kənd sakini, 12 yaşlı (6-cı sinif şagirdi) Asvar Mehdiyev intihar edib. Xaçmaz şəhər sakini, 15 yaşlı Eldar Heydərov da yaşadığı evin həyətində özünü asaraq öldürüb.

Valideynlər intihar edir, övladlar yetim qalır

Apreldə özünəqəsd nəticəsində dünyasını dəyişənlərin 9-u qadın, 24-ü kişi olub. Dəfələrlə qeyd edildiyi kimi, evli qadın və kişilər müxtəlif səbəblərdən həyatlarına qəsd edirlər. Bununla onlar üzləşdikləri problemlərdən canlarını qurtarsalar da, övladlarını ata-anasız qoymaqla həyatları boyu yetim yaşamalarına bais olurlar.

Binəqədi rayon sakini, 51 yaşlı Nərminə Mirzəyeva dərman içərək özünü zəhərləyib və xəstəxanada dünyasını dəyişib. İntihar edən qadın 2 uşaq anası olub.

Balakən rayonu, Katex kənd sakini, 34 yaşlı Hacımurad İbrahimovun özünü asması nəticəsində iki uşağı atasız qalıb. İntihar edən zaman evdə tək və içkili vəziyyətdə olan mərhumun bu addımı atmasının səbəbləri açıqlanmayıb.

Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakini Sevinc Əbilova özünü kəndin ərazisindən keçən su kanalına atıb. Həyat yoldaşı S.Əbilovanın özünə qəsd etməsinin səbəblərindən danışarkən deyib ki, mərhumun uzun müddət xəstəliyi olub və bu səbəbdən yatağını isladırmış. Hadisə baş verən gün səhər həyat yoldaşı ona həkimə getməyi təklif edib. Sevinc isə həkimə getməyə utandığını əsas gətirərək etiraz edib və "məni camaat arasında biabır etmək istəyirsiniz" deyərək evdən qaçıb, günün sonunda isə meyiti kanaldan tapılıb. S.Əbilova 1 il 3 ayın gəlini olub, onun 6 aylıq körpəsi yetim qalıb.

Salyan şəhərində 27 yaşlı, azyaşlı uşaq atası  Ruhid Novruzov özünü asıb. Xırda ticarətlə məşğul olan mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Qaxda gürcü, Nərimanovda rəis müavinin oğlu özünü asıb

Qax rayonu, Gürcü Kötüklü kənd sakini, 56 yaşlı Xusaşvili Arşevil Rianoviç özünü yaşadığı evdə asaraq intihar edib. Onun son zamanlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilib.

Nərimanov rayonunda yaşayan 30 yaşlı Ceyhun Məmmədov özünü 4-cü mərtəbənin eyvanından aşağı atıb. O, aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Özünə qəsd etməsinin səbəbləri açıqlanmasa da, atası Məhəmmədəli Məmmədovun Suraxanı rayon Polis İdarəsinin rəis müavini vəzifəsində çalışdığı, altı ay əvvəl təqaüdə göndərildiyi bildirilib.

Köçkünlər dünyadan intiharla köçür

Aprelin 20-də Göygöl rayonunun, Üçtəpə kəndində Kəlbəcər rayonundan məcburi köçkün olan 48 yaşlı Araz Mahmudov intihar edib. O, qardaşına məxsus evin həyətindəki tövlədə özünü asıb.

Mingəçevir şəhərindəki 1 saylı qaçqın şəhərciyində məskunlaşmış Ağdam rayon sakini, 64 yaşlı Vəli Həsənov Kür çayının üzərindəki körpüdən özünü ataraq intihar edib. Əvvəlcə ətrafdakı insanlar özünə qəsd etmək istəyən iki uşaq atası V. Həsənovu körpünün üstündə bir neçə dəqiqə tutub saxlaya biliblər, lakin, o, əsəblərinin pozulması ilə əlaqədar gecələr yata bilmədiyini, bədənində ağrılar olduğunu deyib, insanların fikrini yayındıraraq özünü çaya atıb.

Ayın ən dəhşətli intiharları

Bərdə rayonu, Qasımbəyli kənd sakini, 3 uşaq atası özünü yandıraraq intihar edib. O, ünvanlı sosial yardım almaq üçün övladlarını da götürərək Sosial Müdafiə Mərkəzinə gəlib. Burada mərkəzin müdiri Vidadi İmanquliyevlə görüşüb. O, Cəmaləddinin ailəsinə ünvanlı sosial yardım verilməyəcəyini bildirib. Nəticədə mübahisə yaranıb, C.Paşayev uşaqları orada qoyaraq evə gəlib, etiraz əlaməti olaraq üstünə benzin tökərək özünü yandırıb. Bakıya gətirilərək  5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Xəzər rayonu sakini, 22 yaşlı Elmin Məmmədkərimov küçəyə çıxaraq, üzərinə yandırıcı maye töküb və od vurub. Səs-küyə yığışan insanlar alovu söndürərək xəstəxanaya çatdırsalar da, lakin onun həyatını xilas etmək mümkün olmayıb. E.Məmmədkərimovun özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb..

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 79 ünvanında Naxçıvan sakini, 31 yaşlı Qəzənfər Hüseynov adıçəkilən ünvanda yerləşən 17 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Q. Hüseynovun intihar etdiyi binada onun qayınatası yaşayır. Lakin o, intihar etməzdən əvvəl qayınatasının evinə getməyib. Q.Hüseynov həmin ünvana intihar etmək məqsədilə gedmiş. Onun özünə qəsd etməsinin səbəbləri barədə heç bir məlumat verilməyib. O, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində çalışdığı bildirilir.

Həyat yoldaşından və həyatdan ayrılıq

Binəqədi rayonunda kirayədə yaşayan, Daşkəsən rayon sakini, 43 yaşlı Arif Qasımov özünü asıb. Mərhumun özünə qəsd etməsinə bir müddət əvvəl həyat yoldaşından ayrıldığı bildirilib.

Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olsa da, Bərdənin Bədirəvan kəndində yaşayan 55 yaşlı Səkinə İsfəndiyarova "danadişi” dərmanı adlanan niosidol məhlulu içərək həyatına qəsd edib. İntihar edən qadın zəhər içməzdən əvvəl yaxınlarına onu telefon vasitəsilə kimlərinsə təhdid etdiyini deyib. S.İsfəndiyarova ailəli olub.

Ağcabədi rayonu, Taynaq kənd sakini olan 81 yaşlı Əntiqə Əhmədova özünü yaşadığı evin həyətində asıb. Qoca qadının ahıl çağında özünə qəsd etməsinin səbəbləri məlum deyil.

Ağdaş sakini olan qadının kiçik qardaşı bir müddət əvvəl ağır xəstəlik keçirib və yatağa düşüb. Tez-tez qardaşına baş çəkməyə gələn Ə.Əhmədova onun halını görüncə sarsıntı keçirirmiş və bir neçə dəfə "qardaşımın ölməyini görmək istəmirəm, mən ondan əvvəl gedəcəyəm” deyirmiş. Çox keçmədən isə qadının intihar etdiyi məlum olub.

Modern.az

Просмотров: 306 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Май 2011  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031