Главная » 2012 » Март » 10 » Yaponiyanın Azərbaycandakı səfiri Lənkəranda olub
07:32 Yaponiyanın Azərbaycandakı səfiri Lənkəranda olub |
Martın 9-da Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe Lənkərana səfər edib. APA-nın
Cənub bürosunun məlumatına görə, diplomat öncə Lənkəran rayonunun
Xarxatan kəndində qurulan su təchizatı sistemi ilə tanış olub. Yerli
sakinlər, yerli bələdiyyənin üzvləri və iş icraçıları ilə görüşən səfir
layihə barədə müzakirələr aparıb. Söhbət zamanı qeyd olunub ki, Yaponiya
hökumətinin maliyyə vəsaiti hesabına icra olunan layihənin əsas məqsədi
Xarxatan kəndində əhalinin uzun müddət əziyyət çəkdiyi içməli su
təminatını təşkil etmək, yeni artezian tipli quyu qazmaq, su anbarı,
nasosxana, 2 km uzunluğunda su xətti çəkmək və müxtəlif yerlərdə su
kranları quraşdırmaqdan ibarətdir. Layihənin həyata keçirilməsi üçün
Yaponiya hökumətinin ayırdığı qrant yardımının ümumi dəyəri 100,493 ABŞ
dolları təşkil edir. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə həmçinin
Lerik rayonunun Şingədilan kəndində tibb məntəqəsinin tikintisinin
nəzərdə tutulduğunu diqqətə çatdıran Şusuke Vatanabe bu layihənin
102,696 ABŞ dolları dəyərində olduğunu bildirib.
Hər iki layihənin icrası ilə bağlı müvafiq müqavilələr Lənkəran Şəhər
İcra Hakimiyyəti aparatında imzalanıb. Müqavilələrin imzalanma
mərasimində Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Lənkəran
Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Azərbaycan Demokratik
Tələbə və Gənclər Təşkilatının sədri Asif Əsgərli və Yerli İdarəetməyə
Yardım İctimai Birliyin sədri Vüsal Mirzəyev iştirak ediblər.
Qeyd edək ki, bu layihələr Yaponiya hökumətinin "Öt kökləri və İnsan
Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçiriləcək.
|
Просмотров: 322 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 27 Гостей: 27 Пользователей: 0
|