Главная » 2015 » Февраль » 7 » "Xəzər Lənkəran" yenə uduzdu
22:03 "Xəzər Lənkəran" yenə uduzdu |
Bu gün Topaz Premyer Liqasının XX turuna yekun vurulub. APA-nın cənub bürosunun məlumatına görə, turun son matçında “Xəzər Lənkəran” öz meydançasında liderlər sırasında qərarlaşan “İnter”lə münasibətlərinə aydınlıq gətirib.
9 oyunda yalnız 1 dəfə “bankirlər”i məğlub edən Cənub təmsilçisi yeni baş məşqçisi Elbrus Məmmədovla ilk qələbəsinə sevinmək istəyirdi. Ancaq “İnter” də Lənkərana yalnız 3 xal dalınca gəlmişdi. Üstəlik, bir gün öncə “Neftçi”nin xal itirməsi “bankirlər”i bu görüşdə qələbəyə vadar edirdi. Daha təcrübəli paytaxt təmsilçisi minimal (2:1) hesabla qalib gələrək həm liderin uzaqlaşmasına imkan verməyib, həm də “Neftçi”dən uzaqlaşıb.
|
Просмотров: 572 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 16 Гостей: 16 Пользователей: 0
|