Главная » 2011 » Июль » 21 » “Xəzər Lənkəran” mübarizəni dayandırdı
22:09 “Xəzər Lənkəran” mübarizəni dayandırdı |
Bu gün Avropa Liqasında II təsnifat mərhələsinə
yekun vurulur. Apasport.az saytının məlumatına görə, cavab oyunları
çərçivəsində baş tutan görüşlərdən ikisi Azərbaycanda keçirilib.İlk
olaraq Lənkəranda oyun yekunlaşıb. Tarixində ilk dəfə II təsnifat
mərhələsində oynayan "Xəzər Lənkəran” İsrailin "Makkabi” klubu ilə cavab
görüşündə qalib gələ bilməyib.
Təl-Əvivdə 1:3 hesabı ilə uduzan Azərbaycan kubokunun qalibi üçün
Lənkərandakı görüş əlamətdar idi. Avrokuboklarda yubiley – 10-cu matçına
çıxan "Xəzər Lənkəran” doğma stadiondakı 2-ci oyununda da qələbə qazana
bilmədi. Cənub təmsilçisi prinsial rəqibi "Neftçi” kimi ev görüşündə
qolsuz bərabərlik əldə edərək, onun aqibəti ilə üzləşdi.
|
Просмотров: 267 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 11 Гостей: 11 Пользователей: 0
|