Главная » 2012 » Январь » 18 » “Xəzər Lənkəran” klubu 2 legionerdən imtina edib
17:34 “Xəzər Lənkəran” klubu 2 legionerdən imtina edib |
"Xəzər Lənkəran”a baxışa
gətirdiyi legionerlər haqda qərar verib. Bu barədə apasport.az saytına
komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.
O bildirib ki, baxışa çağırılan belaruslu futbolçular - qapıçı Anton
Kovalevski ilə yarımmüdafiəçi Maksim Karpoviçin xidmətində maraqlı
deyillər: "Onları sınadıq və bizə lazım olmadılar. Hər 2 belaruslu
futbolçunu geri qaytaracağıq. Komandamızın düşərgəsində olan gənc yerli
futbolçulardan yalnız Akif Tağıyevlə ilkin anlaşma əldə etmişik.
Digərləri ilə bağlı yekun qərar verilməyib. Bu məsələləri komandamız
Antalyaya təlim-məşq toplanışına yollananadək aydınlaşdıracağıq”.
"Xəzər Lənkəran” yanvarın 16-da Türkiyəyə təlim-məşq toplanışına yollanaraq, fevralın 3-də Vətənə dönəcək.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü olan belaruslulardan Kovalevski
vətənində Jodinonun "Torpedo”, Karpoviç "Naftan” klubundan gəlib.
|
Просмотров: 270 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 8 Гостей: 8 Пользователей: 0
|