Главная » 2012 » Февраль » 2 » “Xəzər Lənkəran”ın sabiq futbolçusu ölümdən qurtuldu
20:46 “Xəzər Lənkəran”ın sabiq futbolçusu ölümdən qurtuldu |
"Xəzər Lənkəran”ın sabiq futbolçusu Culius Vobay
yeni klubu – Misirin "Əl-Məsri” komandasının "Əl-Əhli” ilə qalmaqallı
görüşü zamanı meydançada yox, tribunada azarkeşlər arasında olub.
Lent.az-ın məlumatına görə, həmin vaxt sierra-leoneli yarımmüdafiəçi
həmkarları ilə birgə oyuna baxırmış.
Vobay yanvarın 31-də "Əl-Məsri” klubu ilə müqavilə bağlayıb. Rumıniya
mətbuatı yayadək nəzərdə tutulan anlaşmanın 100 min dollar dəyərində
olduğunu yazıb. Onun adı komandasının "Əl-Əhli” ilə oyun üçün start
heyətinə daxil edilməyib. "Əl-Məsri”nin 3:1 hesabı ilə qalib gəldiyi
qarşılaşmadan sonra iki komanda oyunçuları arasında toqquşma baş verib.
Nəticədə 74 nəfər ölüb. 28 yaşlı oyunçu isə heç bir xəsarət almayıb.
Qeyd edək ki, Culius Vobayla "Neftçi” və "Bakı” klublarının da
maraqlandığı, lakin onun 500 min dollar istəməsi üzündən klublarımızdan
heç birinə transferinin baş tutmadığı bildirilir.
|
Просмотров: 291 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 8 Гостей: 8 Пользователей: 0
|