Главная » 2011 » Август » 25 » “Xəzər Lənkəran”da növbəti əlamətdar olay
16:46 “Xəzər Lənkəran”da növbəti əlamətdar olay |
Unibank Premyer Liqasının III turunda "Turan”la
oyun 2 futbolçunun ilk dəfə "Xəzər Lənkəran”ın heyətində qol vurması ilə
əlamətdar olub.
Lent.az-ın Lənkəran klubunun rəsmi saytına istinadən verdiyi məlumata
görə, "dubl” müəllifi Branimir Subaşiçlə matçdakı son qolu vuran Rikardo
Qomeş "ağ-yaşıllar”ın heyətində qol hesabını açıblar.
Bununla da "Xəzər Lənkəran”da qol vuran oyunçuların ümumi sayı 68-ə
çatıb. Bunlardan 42-si legionerdir. Rikardo qol vuran 42-ci legioner və
7-ci braziliyalıdır. Ona qədər Denis Silva 3, Dieqo Qusmao Souza 4,
Junior Osvaldo 11, Kristian Martins Kabral 2, Mario Souza 26, Romulo
Silvano 8 qola imza atmışdı. Bir sözlə, 7 braziliyalı snayperin ifasında
55-ci qol tovuzlularla matçda vurulub.
Subaşiç isə həmyerlisi – 3 qol vurmuş Marinko Petroviçdən sonra
komandada fərqlənən 2-ci serbiyalı olub. Hücumçu "Xəzər Lənkəran”ın
tarixində 59-cu, ölkə çempionatlarında isə 39-cu "dubl”unun müəllifi
olub. O, "ağ-yaşıl” formada 1 matçda 2 qol vuran 30-cu oyunçu kimi
tarixə düşüb.
|
Просмотров: 287 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 23 Гостей: 23 Пользователей: 0
|