Türkiyənin keçmiş baş nazrinin bağ evində 8000 qaçaqmal şərab şüşəsi
aşkar edilib
Türkiyənin keçmiş baş naziri Tansu Çillərin Quşadası bölgəsindəki bağ
evindən 8000 şüşə qaçaqmal şərab aşkar edilib.
ANS-Press xəbər verir ki, şərab
şüşələri polisin həyata keçirdiyi əməliyyat nəticəsində aşkar olunaraq
götürülüb.
Polisə Tansu Çillər və Özər Çillərə aid bağ evinin ərazisində "Marsan
Mərmərə Holdinq" şirkətinə məxsus şərab istehsalı müəssisəsinin məhsulu
olan şərabların etiket olmadan satışa hazırlanması barədə məlumat daxil
olub, bundan sonra əməliyyat keçirilib.
Quşadası Cümhuriyyət Müfəttişliyi holdinqin təsisçiləri Tansu Çillər və
Özər Çillərə qarşı cinayət işi açıb. Bundan başqa, etiketsiz içki
satmaq iddiası ilə "Marsan" şirkətinə cərimə də kəsiləcək.
|