Sünnətin tarixi çox qədim zamanlara gedib
çıxsa da bu haqda tam məlumat mövcud deyil.
![](http://www.milli.az/pictures/pic51824.jpg)
Qədim zamanlarda sünnət, insanların həyatını ölümdən qurtarmaq məqsədilə
ayin zamanı həyata keçirilirdi. İnsanların düşüncələrinə görə, insanın
ölməməsi üçün onun kiçik bir hissəsi kəsilib, atılaraq qurban edilirdi.
Hələ qədim dövrlərdə kolxlar, finikiyalılar, misirlilər, hammonlar,
edomilər və moavilərdə sünnət tətbiq edilirdi. O zamanlarda sünnət
həyata keçirildikdən sonra oğlanlara evlənmək haqqının verildiyi hesab
olunurdu. Çox maraqlıdır ki, ərəb dilində "hitan" sözü (sünnət)
yəhudilərin "xatan" (nişanlı, kürəkən) sözü ilə eyni köklüdür. Bibliyada
da sünnətin dini xarakter daşıdığı qeyd edilir. Bəzi xalqlarda sünnət
10-17 yaşlarında tətbiq olunur ki, bu da yeniyetməlik dövrünə təsadüf
edir.
Sünnət zamanı uşaq bir başqasının qucağında oturdulur.
Bizdə bu şəxsə "kirvə” deyirlər.
Deyilənə görə, sünnət "kişilik”
rəmzi sayılırmış, hətda bir vaxtlar var idi ki, sünnət olunmayan kişiyə
qız da vermirdilər. Bəzi türk və Azərbaycan filmlərində də bu, dönə-dönə
qeyd olunur.
Həkim, yoxsa
dəllək?Bir zamanlar çox yerlərdə sünnət edən xüsusi
adamlar olurdu. El arasında onlara "dəllək” deyirdilər. Bu dəlləklərin
işini hamı bəyənir, onlara böyük hörmət olurdu. Bakının bir çox
qəsəbələrində belə dəlləklər fəaliyyət göstərirdi. Heç kəs onların bu
əməliyyatı necə və hansı alətlərlə həyata keçirməsi ilə maraqlanmırdı.
Zaman keçdikcə, yoluxucu, infeksion xəstəliklərin artması insanlarda
şübhə doğururdu. Və beləliklə də dəlləklərin bazarı ölməyə başladı...
İndi
paytaxtın bütün küçələrində "ağrısız, lazerlə, qısa zamanda sünnət”
başlıqlı elanlara rast gəlmək mümkündür. Elm inkişaf etdikcə, sünnət
"texnologiyası” da dəyişir. Hazırda insanların böyük əksəriyyəti bu
əməliyyatı həkimlərin keçirməsinə üstünlük verir.
Hansı yaşda sünnət olmalı?Cərrah
Adil Quliyev sünnətin kişiləri bir sıra xəstəliklərdən qoruduğunu
bildirir. Onun fikrincə, bu əməliyyat sidik kanalını infeksiyalardan
qoruyur. Sünnət cinsi xəstəliklərin, cinsiyyət orqanı xərçənginin,
iltihablanmanın qarşısını alır. Hətta sünnət SPİD-ə tutulma riskini də
azaldır. Həkimin sözlərinə görə, uşaqların yaraları daha tez
sağaldığından bu əməliyyat uşaqlarda 1 yaşına kimi aparılarsa, daha
yaxşı olar.
"Uşaq yeni doğulan zaman əməliyyat edildiyində,
əməliyyat rahat və tez başa çatır. Bu zaman uşaq psixoloji zədə də
almır. Amma uşaqlarda sidik yerinin normal forma alması 7 yaşından sonra
baş verir. Bu səbəbdən çox zaman uşaqları 7 yaşdan sonra sünnət
etdirmək məsləhət görülür,” deyən həkim onun yanına 35 yaşında da
insanların gəldiyini bildirir. Həkim onu da bildirdi ki, yaş artdıqca bu
əməliyyat daha da ağrılı keçir. Sünnət əməliyyatı ən uzunu 20 dəqiqəyə
başa çatır.
Onu da deyək ki, sünnət dəlləklər tərəfindən deyil,
uşaq cərrahları və ya uroloqlar tərəfindən edilməlidir. Əks təqdirdə,
müxtəlif fəsadlar baş verə bilər. "Dərinin çox kəsilməsi nəticəsində,
qanaxma, forma pozuntusu, sidik yolunun zədələnməsi və başqa qalıcı
şikəstliklər yarana bilər”. Həkim onu da qeyd etdi ki, sünnətdən sonra
yara 3 həftəyə tam sağalır.
Məhəmməd
sünnəti, yoxsa xəstəlik?!Bəzi uşaqlar anadangəlmə
sünnətli doğulurlar. Onlara el arasında "Məhəmməd sünnəti" də deyirlər.
Deyilənə görə, bu uşaqlar Allah tərəfindən seçilmiş olurlar. A.
Quliyevin sözlərinə görə, bu uşaqlar hipospadias çatışmamazlığı ilə
dünyaya gəldiyi üçün problem, həkim tərəfindən əməliyyat yolu ilə aradan
qaldırılmalıdır. Bu uşaqları təkrar sünnət etmək qətiyyən olmaz.
Psixoloji
zədə...Psixoloqların fikrincə, sünnət əməliyyatı lap
kiçik yaşlarında keçirilsə, daha yaxşı olar. Belə ki, kiçik yaşlarında
keçirilən sünnət əməliyyatları uşaqları psixoloji zədələmir.
"3-4
yaşından sonra uşaqlarda şəxsiyyəti tanıma davranışı yaranır. Onlar
özlərini tanımağa başlayırlar. Uşaqların bu və daha böyük yaşlarda
sünnət etdirilməsi onları psixoloji yaralaya bilər. Bu səbəbdən məsləhət
görərdim ki, uşaqlar daha kiçik yaşlarında sünnət olunsunlar. Əks
təqdirdə sünnətdən sonra uşaqlarda yuxu və əsəb pozgunluğu, özünə
qapılma yarana bilər,” deyə psixoloq Aydın Əfəndiyev bildirir. Həkim
bunun qarşısını almaq üçün ən yaxşı halda uşaqları daha kiçik yaşda ikən
sünnət etdirməyi məsləhət gördü.
Qız sünnəti...Bəli, nə qədər qəribə səslənsə də
dünyanın 30-dan artıq ölkəsində, əsasən də Afrika ölkələrində qız
sünnəti mövcuddur.
Nədir qız sünnəti? Qız sünnəti heç bir həkim
müdaxiləsi olmadan, qadın cinsiyyət orqanına neştərli müdaxilə deməkdir.
2008-ci ilin statistikasına görə, 140 milyon qız bu əməliyyata məruz
qalıb. Əsasən, Afrika ölkələrində, Sudanda, Misirdə, Somalidə, Malidə,
qadınların 80 faizi məcburi surətdə bu əməliyyata məruz qalıb. Səudiyyə
Ərəbistanında və İndoneziyada da bu işgəncə qadınlara verilir.
Qız
sünnəti ilk dəfə XV əsrdə qədim İnk İmperiyası zamanı həyata keçirilib.
İnklərin paytaxtı Kuskoda Amarukançın məbədi yerləşirdi. İtalyan keşiş
Xuan Anello Olivye yazırdı ki, burada əqrəbi udan əjdaha-ilan forması
yerləşdirilmişdi. İnklərin inancına görə, əjdaha Yaradanın gücünü, əqrəb
isə qadın ünsürünü özündə əks etdirir. Bu səbəbdən inklər qızları
sünnət etməklə bu əqrəbi məhv etdilkərini düşünürlərmiş. Afrika
ölkələrində isə, qadın hisslərinin məhv edilməsi məqsədilə bu əməliyyat
həyata keçirilirdi.
Böyük Britaniyada qız sünnəti rəsmi surətdə
1985-ci ildə qadağan olunsa da bəzi Afrika mənşəli tayfalarda bu
əməliyyat hələ də həyata keçirilir. Misirdə isə bu, həkim müdaxiləsinə
ehtiyac olduğu halda belə, 1997-ci ildə qadağan edilisə də bəzi həkimlər
bu qanuna məhəl qoymadan bu tip əməliyyatlar həyata keçirirlər. 5 aprel
2007 ci ildə isə Eritreya dövlətində qadın sünnətinə qadağa qoyulub.
Ginekoloq Xoşqədəm İbadova bildirir
ki, qadın cinsiyyət orqanlarında hər hansı bir hissənin kəsilməsi,
qadının ehtiras hissinin itirilməsi, doğuş qabiliyyətinin zəifləməsi ilə
yanaşı, onların psixikasına da ciddi zədə vurur.
"Mən qadın
sünnəti haqqında eşitmişəm. Bu, əsasən Afrika ölkələrində olan bir
adətdir. Bildiyimə görə, onlar qadınların ərə gedənə qədər cinsi əlaqədə
olmaması üçün bu ayini həyata keçirirlər. Bu, sadəcə vəhşilikdir və
qadın orqanizmində xərçəng xəstəliyinin yaranmasına səbəb ola bilər”.
İradə AzadMilli.Az