Главная » 2011 » Июнь » 19 » Şəkidə hərbi qulluqçu özünü asdı
15:28 Şəkidə hərbi qulluqçu özünü asdı |
Mərhumun 2 uşaq atası olduğu bildirilir
ANS
PRESS-in verdiyi xəbərə görə, bu gün səhər saatlarında Şəki
şəhərində intihar hadisəsi baş verib. Şəki şəhər Prokurorluğunun
müstəntiqi Təbriz Qurbanovun verdiyi məlumata görə, 2
uşaq atası 1983-cü il təvəllüdlü hərbçi Anar Məhərrəmov özünü yaşadığı
evin həyətindən asıb.
"Bizə bu barədə səhər məlumat verilib. Anar Məhərrəmov N saylı hərbi
hissədə xidmət aparırdı, hərbi qulluqçu idi. İntiharın səbəbləri
araşdırılır. Mərhum evlidir və 2 azyaşlı uşağı var”, - deyə Təbriz
Qurbanov qeyd edib.
O bildirib ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 125-ci maddəsilə cinayət işi açılıb, istintaq gedir.
|
Просмотров: 280 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 25 Гостей: 25 Пользователей: 0
|