![](http://www.gunaz.tv/content/images/plugins/news_v1/items/cat_1/large/me/mehkeme_3.jpg)
Lənkəran Ağır Cinayətlər
Məhkəməsində qaçaqmalçılıqla məşğul olmaqda təqsirləndirilən dəstənin məhkəməsi
başa çatıb. APA-nın
Cənub bürosunun məlumatına görə, məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin
206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə,
saxlama, satma və ya daşıma) maddələri ilə təqsirli bilinən Paşa Camalov 13 il,
Eldəniz Qafarov 12 il, Səxavət Ağayev 11 il, Emin Bağırov 10 il müddətinə
azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər İrandan Azərbaycana narkotik maddə olan
tiryək və heroin keçirərkən sərhədçilər tərəfindən saxlanılıblar.
|