Главная » 2012 » Март » 9 » On səkkiz yaşlı Lerik sakini intihar edib
16:01 On səkkiz yaşlı Lerik sakini intihar edib |
Azərbaycanın Lerik rayonunda intihar hadisəsi baş verib. Lerik Rayon Prokurorluğundan APA-nın
cənub bürosuna verilən məlumata görə, rayonun Tikəband kənd sakini,
1996-cı il təvəllüdlü Seymur Sucəddin oğlu Hacıyevin meyiti kəndlərinin
yaxınlığındakı meşə massivində ağacdan kəndirdə asılmış vəziyyətdə
atası tərəfindən aşkarlanıb.
Meşəyə qoyun-quzu otarmaq məqsədilə gedən S.Hacıyevin özünə qəsd
etməsinin səbəbləri hələlik bilinmir. Ailənin üçüncü oğlan uşağı olan
mərhumun 5 yaşlı qardaşı bu ilin fevral ayında dünyasını dəyişib və bu
hadisənin ona psixoloji təsiri istisna olunmur.
Faktla bağlı Lerik Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
|
Просмотров: 283 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 16 Гостей: 16 Пользователей: 0
|