![](http://az.apa.az/upload/images/news/2012/november/28/big/a034b31131934cf346fd4dd062e4f071.jpg)
Lənkəran. Ağəddin Babayev – APA. Noyabrın 28-də Niderland Krallığının Azərbaycandakı səfiri Arjen Peter Uijterlinde Lənkərana səfər edib. APA-nın cənub bürosunun məlumatına görə, diplomat öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb. Səfir kimi Azərbaycanda 2 il çalışdığı müddətdə Lənkərana ikinci dəfə səfər etdiyini vurğulayan qonaq Lənkəran şəhərinin xeyli inkişaf etdiyini söyləyib. Qonaq Niderland hökumətinin bir neçə sahənin inkişafında, o cümlədən Xəzər dənizinin, yerli çayların sahilbərkitmə işlərində, gülçülük təsərrüfatının dirçəldilməsində Lənkəran rayonuna dəstək verilməsini istisna etməyib. Diplomat Lənkəranda fəaliyyət göstərən bir sıra istehsal müəssisələrinə də baş çəkib, rayonun tarixi abidələri, gəzməli və görməli yerləri ilə tanış olub.
|