Главная » 2011 » Июль » 21 » Masallının Şıxlar kəndində yeni tibb məntəqəsinin açılışı olub
22:19 Masallının Şıxlar kəndində yeni tibb məntəqəsinin açılışı olub |
Bu gün Masallı rayonunun Şıxlar
kəndində yeni tibb məntəqəsinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu
münasibətlə keçirilən mərasimdə Masallı rayon İcra Hakimiyyətinin
başçısı Qəzənfər Ağayev çıxış edərək, rayonun bütün yaşayış
məntəqələrində sosial problemlərin həlli üçün dövlət tərəfindən müvafiq
tədbirlərin görüldüyünü və bu tip layihələrin mütəmadi xarakter
daşıyacağını bildirib. İcra Hakimiyyətinin başçısı kənddən keçən
Qızılağac-Kalinovka-Yeddioymaq-Şıxlar asfalt yolunun əsaslı təmirinin də
dövlət vəsaiti hesabına həyata keçirildiyini diqqətə çatdırıb. Rəmzi
qırmızı lent kəsildikdən sonra səhiyyə obyektinin otaqlarına baxış
keçirilib.
|
Просмотров: 304 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 3 Гостей: 3 Пользователей: 0
|