Главная » 2012 » Март » 19 » Masallının daha bir kəndinə təbii qazın verilişi bərpa olunub
19:29 Masallının daha bir kəndinə təbii qazın verilişi bərpa olunub |
Novruz bayramı ərəfəsində Masallının daha bir kəndinə təbii qazın verilişi bərpa olunub.
Rayon İcra Hakimiyyəti (RİH) aparatından APA-nın
cənub bürosuna verilən məlumata görə, bu münasibətlə keçirilən
mərasimdə çıxış edən RİH başçısı Qəzənfər Ağayev sakinləri Novruz
bayramı, habelə kəndə "mavi yanacağ”ın verilməsi münasibətilə təbrik
edərək, ölkə əhalisinin təbii qaz ilə təminatının yaxşılaşdırılması
istiqamətində görülən işlərdən danışıb.
Natiq qeyd edib ki, son illərdə rayonun 52 yaşayış məntəqəsinə təbii
qazın verilişi bərpa olunub. Rayon üzrə qaz istifadəçilərinin sayı 21750
abonentə çatdırılıb. Yaxın vaxtlarda Göyəçöl kəndində də işlər
yekunlaşaraq təbii qazın verilişi həyata keçiriləcək. Eyni zamanda
Həsənli, Xırmandalı, Köçəkli və digər kəndlərdə də Dövlət Proqramına
uyğun olaraq qaz xətlərinin çəkilişi davam etdirilir.
Mərasimdə kənd sakinlərindən ağsaqqal Xeyrulla Babayev, ziyalı Surəddin
Qulamov, II qrup Qarabağ əlili Nahid Rəhimov və başqaları çıxış edərək
əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə
prezident İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını
bildiriblər.
Sonda qaz xəttinin açılışını bildirən məşəl alovlandırılıb və ilkin mərhələdə 700 abonentdən 580 ailə təbii qazla təmin olunub.
|
Просмотров: 290 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 26 Гостей: 26 Пользователей: 0
|