Главная » 2011 » Июнь » 20 » Masallıda yol qəzasında üç nəfər ölüb
07:51 Masallıda yol qəzasında üç nəfər ölüb |
Azərbaycanın Masallı rayonunda
ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.
APA-nın Cənub bürosunun
məlumatına görə, hadisə iyunun 19-da saat 21.30 radələrində Ələt-Astara
magistralının 166-cı kilometrliyində - Masallıdakı Olimpiya İdman
Kompleksinin yaxınlığından keçən ərazidə qeydə alınıb. Masallı rayonunun
Hüseynhacılı kənd sakini, 1970-ci il təvəllüdlü Etibar Məmməd oğlu
Mirzəyevin idarə etdiyi "Mersedes” markalı, 10 BC 656 dövlət nömrə
nişanlı avtomobil İran İslam Respublikasının vətəndaşı olan Sahil adlı
şəxsin idarə etdiyi 20 A 84910 nömrə nişanlı ağır tonajlı yük maşını ilə
toqquşub. Nəticədə "Mersedes”in sürücüsü və avtomobildəki sərnişinlər –
Masallının Hüseynhacılı kənd sakinləri, 1970-ci il təvəllüdlü Cəmilağa
Əliağa oğlu Talıbov və 1976-cı il təvəllüdlü Radət Rəcəb oğlu Qəmbərov
hadisə yerindəcə dünyasını dəyişiblər. Toqquşma nəticəsində "Mersedes”
ağır tonajlı yük maşınının altına girdiyindən meyitləri Fövqəladə Hallar
Nazirliyinin Cənub Regional İdarəsinin xilasedicilərinin köməyi ilə
avtomobildən çıxarmaq mümkün olub. İlkin versiya kimi hadisəyə
"Mersedes”in sürət həddini aşmasının səbəb olduğu bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin
istintaq-təhqiqat şöbəsində araşdırmalara başlanıb.
|
Просмотров: 273 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 20 Гостей: 20 Пользователей: 0
|