Главная » 2012 » Февраль » 17 » Masallıda “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib
21:23 Masallıda “Xocalı-tarixin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib |
Yeni Azərbaycan Partiyası (YAP)
Masallı rayon təşkilatının Gənclər Birliyi bu gün "Xocalı - tarixin
qanlı sahifəsi” mövzusunda tədbir keçirib. APA-nın
cənub bürosunun məlumatına görə, faciə qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP
Masallı rayon Gənclər Birliyinin sədri Seymur Nuriyev Azərbaycan
ərazisinin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal
edildiyini, bir milyondan çox soydaşımızın öz yaşayış məskənlərindən
didərgin düşdüyünü, minlərlə insanın isə həlak olduğunu ürək ağrısı ilə
qeyd edib. YAP fəalı Həmid Süleymanov "Xocalı- tarixin qanlı sahifəsi”
mövzusunda məruzəsi ilə çıxış edib. Məruzədə Azərbaycan xalqının
tarixinə 1992-ci il fevralın 25-dən 26-a keçən gecənin Xocalı faciəsi
kimi daxil olduğunu, bütün beynəlxalq hüquq normalarına zidd olaraq
keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı
alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edilməklə
azərbaycanlılara qarşı soyqırımı aktının törədildiyini və cəmi bir neçə
saat ərzində 613 soydaşımızın, o cümlədən 106 qadının, 63 uşağın və 70
qocanın xüsusi qəddarlıqla qətlə yetirildiyini bir daha yada salınıb.
Ərkivan qəsəbə orta məktəbin direktoru Sübhan Şiriyev, rayon Gənclər və
İdman İdarəsinin rəis müavini Fərasəddin Fərziyev, YAP fəalları Kənan
Haşımov, Namiq Abuşov və digərlərinin çıxışlarında da insanlığa qarşı
yönələn erməni qəddarlığından söz açılıb.
|
Просмотров: 273 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 14 Гостей: 14 Пользователей: 0
|