Главная » 2011 » Июнь » 19 » Masallıda əkin sahələrinə vərəm virusu düşüb?
15:24 Masallıda əkin sahələrinə vərəm virusu düşüb? |
Kəndlilər məhsullarının məhv olmasından narahatdırlar.
ANS
PRESS-in verdiyi məlumata görə, Masallı rayonunun Qızılağac
kəndində bütün pomidor tağları məhv olub. Yerli sakinlərin
bildirdiklərinə görə, artıq bir həftədir kəndin bütün əkin sahələri
yanmağa başlayıb.
"Elə bil pomidorları qaynar suya salıb çıxartmısan. Tağdakı
pomidorların 70 faizi məhv olub. İcra Hakimiyyətinə xəbər vermişik.
Hazırda əraziyə baxış keçirirlər. Aqrar sahə ilə əlaqəli bir neçə
mütəxəssis də əraziyə baxıb. Bəziləri deyir ki, pomidor tağlarına vərəm
virusu düşüb. Bəziləri əkin sahələrinin yanmasını havanın radiasiyalı
olması ilə əlaqələndirirlər. Amma dəqiq söz deyən yoxdur”, - deyə kənd
sakini Şükür Əliyev şikayətlənib.
Rayon İcra Hakimiyyətinin aqrar məsələlər üzrə birinci müavini İsa
Nuriyev məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında
pomidorların yanmasını təbii hadisələrlə əlaqələndirib:
"Problem təkcə Qızılağac kəndində deyil, Masallının bütün kəndlərində
var. Tək pomidor yox, digər məhsullar da eyni ilə məhv olur. Ümumilikdə
3500 hektar əkin sahəsi, 1200 pomidor sahəsi bu gündədir. İndi hazırda
Qızılağac kəndində pomidor sahələrindəyəm. Panikaya əsas yoxdur. Vərəm
və digər xəstəliklər barədə heç düşünməyə dəyməz. Məhsulların yanmasına
səbəb təbiətin şıltaqlığıdır. 3-4 gün intensiv yağış yağdı və ardınca
hava həddindən artıq istiləşdi, 33 dərəcəyə çatdı. Buna görə pomidorlar
yandı. İndi əkin sahələrini suvarırıq”.
İcra nümayəndəsi hazırda Masallının kənd təsərrüfatı sahəsində
vəziyyətin qənaətbəxş olduğunu bildirib. Onun sözlərinə görə, bir müddət
əvvəl Rusiya sərhəddində yaranan porblem də artıq həllini tapıb.
Kəndlilər təsərrüfat məhsullarını Rusiya bazarlarına heç bir problem
olmadan çıxara bilirlər.
|
Просмотров: 301 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 24 Гостей: 24 Пользователей: 0
|