Главная » 2012 » Сентябрь » 10 » Masallıda Beynəlxalq Folklor Festivalı başa çatıb
13:10 Masallıda Beynəlxalq Folklor Festivalı başa çatıb |
Masallı. Ağəddin Babayev – APA.
Sentyabrın 7-dən Masallı rayonunda başlayan dördgünlük Beynəlxalq Folklor
Festivalı başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, möhtəşəm tədbir Masallı
Olimpiya İdman Kompleksində yekunlaşıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Masallı Rayon
İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov festivalda iştirak etmiş bütün kollektivlərə Azərbaycanın qədim
tarixini və mədəniyyətini əks etdirən xatirə hədiyyələri təqdim edib. Daha sonra Rusiya,
İran, Türkiyə, Latviya, o cümlədən Naxçıvan və Masallının folklor ansamblları
və qrupları möhtəşəm konsert proqramı
ilə çıxış edərək, bir daha məharətlərini nümayiş etdiriblər.
Qonaqlar Masallıda keçirdikləri günləri
uzun müddət unutmayacaqlarını bildiriblər. Onlar dəfələrlə təkrarlayıbar ki,
Masallı istənilən Beynəlxalq mədəni tədbirə ev sahibliyi edə bilər.
Latviyanı Azərbaycanda keçirilən
"Eurovision 2012” mahnı müsabiqəsində təmsil etmiş Anmarinin ifasında Polad Bülbüloğlunun məşhur "Gəl, ey
səhər!” mahnısınının Azərbaycan dilində səslənməsi tamaşaçılar tərəfindən böyük
hərarətlə qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm
naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən
Masallı şəhəri 2012-ci ildə Azərbaycanın "Folklor paytaxtı” elan edilib.
Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısının 21 fevral 2012-ci il
tarixli sərəncamı ilə təşkilat komitəsi yaradılıb, geniş tədbirlər planı
hazırlanıb. İndiyədək rayonun ayrı-ayrı ərazilərində
|
Просмотров: 256 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 3 Гостей: 3 Пользователей: 0
|