Masallı. Ağəddin Babayev – APA. Sentyabrın 15-də Masallı rayonunda inşası
başa çatdırılmış beş yeni məktəb binası istifadəyə veririb. APA-nın Cənub bürosunun məlumatına görə,
rayonun Dəmirçi kəndində ikimərtəbəli, 220 yerlik ümumi orta məktəbinin
uşaqların ixiyarına verilməsi münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyinin, yerli hüquq mühafizə orqanlarının
və ictimaiyyətin nümayəndələri, kənd sakinləri, məktəblilər və valideynlər
iştirak ediblər. Çıxışlarda Masallıda, o cümlədən təhsil sektorunda gedən
inkişaf "Regionlarının sosial-iqtisadi inkişafı
üzrə Dövlət Proqramı”nın ardıcıl həyata keçirilməsinin nəticəsi kimi
dəyərləndirilib. Bölgələrdə təhsiilin inkişafı üçün göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham
Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdarlıq hisləri ifadə olunub.
Açılışı
bildirən rəmzi qırmızı lent kəsildikdən sonra ictimaiyyət nümayəndələri yeni
kənd məktəbində yaradılmış şəraitlə tanış olublar. Burada fənn kabinetləri ilə
yanaşı, iki laboratoriya, kompüter otağı, həmçinin idman zalı var. Bina istilik
sistemi ilə təchiz olunub.
Daha sonra ictimaiyyətin nümayəndələri Qodaman,
Sığıncaq və Köçəkli kəndlərində ikimərtəbəli 360 yerlik, Ərəb kəndində
birmərtəbəli 80 yerlik yeni məktəb binalarının açılış mərasiminə qatılıblar.
Bütün çıxışlarda əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf kursunun prezident İlham Əliyev
tərəfindən inamla və uğurla davam etdirildiyi qeyd olunmaqla, dövlətimizin
iqtisadi qüdrətinin gündən-günə artdığı, o cümlədən elm və təhsil sahəsində
qazanılan uğurların göz qabağında olduğu vurğulanıb.
Açılış mərasimlərində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil
Hüseynov, Milli Məclisin üzvləri Elmira Axundova və Nəriman Əliyev iştirak və
çıxış ediblər.
|