Главная » 2013 » Август » 18 » Masallı sakini Lənkəranda oğurluq faktına görə tutulub
13:54 Masallı sakini Lənkəranda oğurluq faktına görə tutulub |
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda oğurluq faktının üstü isti izlərlə açılıb. APA-nın cənub bürosunun məlumatına görə, rayonun Osakücə kənd sakini Adil Mehrəliyev polis şöbəsinə ərizə ilə müraciət edərək avqustun 16-da gecə saatlarında ona məxsus mağazadan qapını sındırmaq yolu ilə 700 manat pulun oğurlandığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri sayəsində oğurluq hadisəsində şübhəli bilinən Masallı rayon sakini Nahid İsmayılzadə yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır.
|
Просмотров: 285 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 8 Гостей: 8 Пользователей: 0
|