Главная » 2011 » Июнь » 17 » Mətbuat Şurası daha 3 qəzeti “qara siyahı”ya salıb
20:57 Mətbuat Şurası daha 3 qəzeti “qara siyahı”ya salıb |
![](http://www.apa.az/photos/Metbuat%20Shurasi%20Idare%20Heyetinin%20iclasi%20170611.jpg) Azərbaycan Mətbuat Şurası İdarə
Heyətinin növbəti iclası keçirilib. Şuradan APA-ya
verilən xəbərə görə, əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin
qəbulu məsələsinə baxılıb. Prosedur qaydalara əsasən şuraya müraciət
edən kütləvi informasiya vasitələrinin rəhbərləri həmin KİV-lərin
fəaliyyəti barədə arayış verib, sualları cavablandırıblar.
Müzakirələrdən sonra "İqtisadiyyat” və "Gəncənin səsi” (Gəncə şəhəri)
qəzetləri, "Vision of Azerbaijan” jurnalı, "Salamnews” və "Sosial”
informasiya agentlikləri MŞ sıralarına qəbul olunublar.
Sonra Mətbuat Şurasının "reket” jurnalistika qarşı mübarizə
komissiyasının və şikayətlər üzrə komissiyanın rəyləri əsasında
qərarların qəbulu ilə bağlı müzakirə aparılıb. Şuranın İdarə Heyətinin
üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə başçılıq
etdiyi "reket” jurnalistikaya qarşı mübarizə komissiyasının 13 iyun
2011-ci il tarixli iclasının rəyləri barədə məlumat verib. O, üç qəzetin
"reket nəşr” adlandırılaraq Mətbuat Şurasının "qara siyahı”sına
salınması üçün ciddi əsasların olduğunu söyləyib. İH üzvləri müvafiq
rəyləri və sənədləri nəzərdən keçirərək komissiyanın təkliflərinə
yekdilliklə səs veriblər. Beləliklə, "Sağlamlıq keşiyində”, "Əyalətin
səsi” və "Vətəndaş haqqı” qəzetlərinin də adlarının "qara siyahı”da yer
alması qərarlaşdırılıb.
İclasda şikayətlər üzrə komissiyanın rəyləri əsas götürülərək "Ağdam” və
"Azərbaycan cəmiyyəti” qəzetlərinə xəbərdarlıq edilib.
Sonra milli mətbuatın 136-cı ildönümünün qeyd olunması ətrafında
diskussiya aparılıb. Qərara alınıb ki, bu məqsədlə Bakı şəhərində olduğu
kimi bölgələrdə də tədbirlər keçirilsin.
Cari məsələdə amerikalı jurnalist Amanda Eriksonla britaniyalı hüquq
müdafiəçisi Silya Devisin Bakıda naməlum şəxslər tərəfindən təzyiqə
məruz qalmaları müzakirə olunub. İH üzvləri xarici ölkə vətəndaşlarına
yönələn zorakılıq faktını pisləyiblər. Qərara alınıb ki, hadisəni
törədənlərin tezliklə tapılıb qanuna müvafiq surətdə cəzalandırılmaları
üçün MŞ hüquq-mühafizə orqanlarına müraciət ünvanlasın.
Toplantıda həmçinin Mətbuat Şurasının ötən il təsis etdiyi Ali Media
Mükafatının laureatlarının müəyyənləşdirilməsi istiqamətində işlərə
başlanması da qərara alınıb.
|
Просмотров: 350 |
Добавил: apacenub
| Рейтинг: 4.0/1 |
|
Statistika
Онлайн всего: 27 Гостей: 27 Пользователей: 0
|