Главная » 2011 » Июнь » 18 » Lerikdə bir sıra yeni sosial obyektlər açılıb
21:06 Lerikdə bir sıra yeni sosial obyektlər açılıb |
Azərbaycan Dövlət Neft Şirkətinin
(ARDNŞ) prezidenti Rövnəq Abdullayev bu gün Lerik rayonunda bir sıra
yeni sosial obyektlərin açılış mərasimində iştirak edib. APA-nın Cənub bürosunun məlumatına görə,
ARDNŞ rəhbəri əvvəlcə Lerik rayon İcra Hakimiyyətinin başçısı aparatı
üçün tikilmiş yeni inzibati binanın açılışına qatılıb. Sonra
R.Abdullayev rayonun Lüləkəran, Osnağaküçə, Xəlifəküçə, Pirzəküçə,
Blaband və Cəngəmiran kəndlərinə ilk dəfə təbii qazın verilməsinə həsr
olunmuş toplantıda iştirak edib. Tədbirdə səslənən çıxışlarda 521
abonenti olan bu ucqar kəndlərin mavi yanacaqla təmin olunması məqsədilə
29 km-lik polietilen borunun çəkildiyi, 515 ədəd sayğacın və 4 ədəd
qaztənzimləyici şkafın quraşdırıldığı qeyd olunub.
Daha sonra R.Abdullayev rayonun Cəngəmiran kəndində ARDNŞ-in vəsaiti
hesabına inşa olunmuş uşaq bağçasının açılışında iştirak edib.
Qeyd edək ki, yeni sosial obyektlərin açılış mərasimlərində Lerik rayon
İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov və digər rəsmi şəxslər
iştirak ediblər.
|
Просмотров: 316 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 22 Гостей: 22 Пользователей: 0
|