Главная » 2012 » Март » 29 » Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulmasına başlanıb
17:37 Lerik şəhərində ilk dəfə kanalizasiya sisteminin qurulmasına başlanıb |
"Milli su təchizatı və
kanalizasiya xidmətləri” layihəsi çərçivəsində Dünya Bankının maliyyə
dəstəyi ilə Azərbaycanın dağlıq Lerik şəhərində su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması işinə başlanıb.
Lerik Rayon Su-Kanal İdarəsinin rəisi Asif İmanovun APA-nın
Cənub bürosuna verdiyi məlumata görə, layihəni nəzərdə tutulmuş
müddətdə başa çatdırmaqdan ötrü beton zavodu işə salınıb, 90 km-lik
plastik borular, digər avadanlıqlar gətirilib. Layihə çərçivəsində Lerik
şəhərinə içməli su 15 km-lik məsafədən - Zuvand çayından veriləcək.
İdarə rəisi indiyədək 260 poqonmetrdən artıq boruların qaynaq edilərək
yerə basdırıldığını, su təchizatı üzrə 2 ədəd 500 kubluq və 3 ədəd 400
kubluq içməli su təchizatı rezervuarlarının da qurulacağının nəzərdə
tutulduğunu bildirib: ”Abonentləri fasiləsiz içməli su ilə təmin etmək
məqsədilə Lerik şəhərində ümumilikdə 41 km uzunluğunda xəttin çəkilməsi
planlaşdırılıb. Tikinti-quraşdırma işlərinə isə 200 nəfərlik canlı
qüvvə ilə yanaşı, ekskavator, qaynaq aqreqatı, asfaltqazan maşın, ağır
tonnajlı yük avtomobilləri və traktorlar cəlb olunub. Layihə başa
çatdıqdan sonra dağlıq diyarın 60-a yaxın sakini yeni iş yeri ilə təmin olunacaq.
|
Просмотров: 312 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 27 Гостей: 27 Пользователей: 0
|