Главная » 2011 » Июль » 1 » Lerik rayon sakininin beş baş qaramalı xəstəlikdən ölüb
14:50 Lerik rayon sakininin beş baş qaramalı xəstəlikdən ölüb |
Azərbaycanın Lerik rayonunun
Bradi kənd sakini Qasım Nəcəfovun beş baş qaramalı xəstəlikdən tələf
olub. Bu barədə APA-nın cənub bürosuna
məlumat verən Q. Nəcəfovun sözlərinə görə, bir neçə gün bundan əvvəl
təsərrüfatında olan 7 baş iribuynuzlu heyvandan 5-nin qızdırması qalxıb,
gözlərindən su axmağa başlayıb. Bir gün sonra 5 baş inək ölüb. Qalan
iki baş inəyin də durumunun ağır olduğunu söyləyən Q. Nəcəfov mövcud
vəziyyətlə bağlı Lerik Rayon Baytarlıq İdarəsinə də müraciət etdiyini,
lakin buna heç kimin əhəmiyyət vermədiyini bildirib.
Lerik Rayon Baytarlıq İdarəsinin rəisi Gülmirzə Tağıyev isə APA-nın yerli bürosuna açıqlamasında Qasım
Nəcəfovun məsələni şişirtdiyini söyləyib: ”Əslində burada hər hansı
kütləvi xəstəlikdən söhbət gedə bilməz. Rayonumuzda bu sahədə heç bir
problem yaşanmır. Qasım Nəcəfovun mal-qarası çox güman ki, gənə
vasitəsilə xəstəliyə tutulub ki, bu da yoluxucu sayılmır. Ümumiyyətlə,
mövsümi peyvəndlər istisna olmaqla, heyvanların bütün digər müalicə
tədbirləri onların sahiblərinin şəxsi vəsaitləri hesabına görülür.
Şikayətçi heyvanlarına lazımi qaydada, vaxtaşırı qulluq göstərsəydi, çox
güman ki, onlara xəstəlik düçar olmazdı”.
|
Просмотров: 303 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 14 Гостей: 14 Пользователей: 0
|