Главная » 2012 » Ноябрь » 13 » Lənkəranda tut ağacı ikinci dəfə bar verib
19:38 Lənkəranda tut ağacı ikinci dəfə bar verib |
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın
Lənkəran rayonunda qeyri-adi təbiət hadisəsi baş verib. APA-nın Cənub bürosunun
məlumatına görə, rayonun Rvo kənd sakini İmran Məmmədovun fərdi həyətyanı sahəsindəki
tut ağacı ikinci dəfə bar verib. İ.Məmmədov payızın son ayında bu cür hadisənin ilk dəfə şahidi olduğunu bildirib. Lənkəran
Dövlət Universitetinin dosenti, biologiya elmləri namizədi Məmmədhüseyn
Hüseynov isə APA-nın müxbiri ilə söhbətində tut ağacının il rəzində
ikinci dəfə bar verməsini oktyabar ayının
isti keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, sükunət dövrünü
yaşayan bitkilərdə ara-sıra yalançı oyanış baş verir və ağacda ehtiyat qidanın
olması onun yenidən bar verməsi ilə nəticələnir. Bioloq-alimin qənaətincə, bitkinin il ərzində
ikinci dəfə bar verməsi çox hallarda onun sonrakı inkişaf dövrü üçün zərərli
amil sayıla bilər. Çünki ehtiyat qidasını il ərzində ikinci dəfə bar verməyə sərf
edən bitki yaz aylarında gücdən düşür və nəticə etibarı ilə növbəti ildə onun məhsuldarlığı
aşağı düşür.
|
Просмотров: 286 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|