Lənkəran. Ağəddin Babayev - APA. Sentyabrın 17-dən Lənkəran rayonunun Liman şəhərində, Şağlaser, Xarxatan, Cil, Vilvan və Separadi kəndlərində əhalinin təbii qazla təchizatında məhdudiyyətlər yaranıb.
Lənkəran Rayon Qaz İstismar Sahəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, qaz xətlərində təmir-bərpa işləri aparıldığından, sözügedən yaşayış məntəqələrinə qazın verilişi dayandırılıb.
Bu gün axşam saatlarınadək təmir işləri başa çatdırılacaq və qaz təchizatındakı məhdudiyyətlər aradan qaldırılacaq.
|