Пятница, 07.02.2025, 05:13
Приветствую Вас Гость | RSS

APA-nın Cənub bürosu

Главная » 2015 » Январь » 21 » Lənkəranda qardaş bacısını qətlə yetirib
23:27
Lənkəranda qardaş bacısını qətlə yetirib
 
Lənkəranda qətl hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 21-də saat 21.00  radələrində rayonun Xolmili kəndində qeydə alınıb.

Kənd sakini, 26 yaşlı Ceyhun Səttar oğlu Əhmədov şəxsi münaqişə zəminində bacısı, 30 yaşlı Kübra Səttar qızı Əhmədovanın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri vurub.  Çoxlu qan itirən Kübra  Əhmədova hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə gətirilib. Hadisəni törətmiş Ceyhun Əhmədov isə polis əməkdaşları tərəfindən yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Qətlə yetirilmiş qızın atası Səttar Əhmədovun sözlərinə görə, bacı ilə qardaş arasında mübahisə pul üstündə düşüb. Kübra ona 50 manat borcu olan qardaşı Ceyhundan pulu qaytarmağı, həkimə getmək fikrində olduğunu bildirib. Bu tələb qardaşı hövsələdən çıxarıb və son nəticədə o, çıxış yolu kimi bıçağa əl atıb. Qətli törətmiş Ceyhun Əhmədovun həmçinin psixi problemləri olduğu bildirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

Просмотров: 314 | Добавил: apacenub | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Statistika

Онлайн всего: 10
Гостей: 10
Пользователей: 0
Qeydiyyat
Axtarış
Təqvim
«  Январь 2015  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031