Главная » 2011 » Июль » 9 » Lənkəranda qanvermə aksiyası keçirilib
21:14 Lənkəranda qanvermə aksiyası keçirilib |
Bu gün Lənkəran Mərkəzi Rayon
Xəstəxanasının (MRX) qanköçürmə şöbəsində «Qan ver, yaşat» devizi
altında qanvermə aksiyası keçirilib.
Respublika Qan Bankının Lənkəran bölməsinin müdiri Telman Zülfüqarovun APA-nın Cənub bürosuna verdiyi məlumata
görə, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu xeyriyyə
tədbirində 500-ə yaxın rayon sakini könüllü iştirak edib. Tədarük olunan
qan laboratoriyada müayinədən keçirilərək Respublika Qan Bankına təhvil
veriləcək və daha sonra hemofiliyalı və talassemiyalı xəstələrin
müalicəsində istifadə olunacaq.
|
Просмотров: 270 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 13 Гостей: 13 Пользователей: 0
|