Главная » 2011 » Июнь » 28 » Lənkəranda keçirilən II Respublika Teatr Festivalı başa çatıb
12:42 Lənkəranda keçirilən II Respublika Teatr Festivalı başa çatıb |
İyunun 21-dən 27-nə kimi Lənkəranda keçirilən “Yeni teatr” II Respublika Festivalı başa çatıb. APA-nın Cənub bürosunun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə düzənlənən yarışmada ölkənin 13 teatrı həftə ərzində öz yaradıcılıq imkanlarını nümayiş etdirib.
Festivalın bağlanış mərasimində çıxış edən xalq artistləri Amaliya Pənahova və Nurəddin Mehdixanlı, Mədəniyyət Nazirliyinin nümayəndəsi Vəfa Novruzova, yazıçı-dramaturq Hüseynbala Mirələmov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov və digərləri “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən və Azərbaycanın Dövlət müstəqilliyinin 20 illiyinə həsr olunmuş festivalın bütün sənət kollektivləri üçün faydalı olduğuna əmin olduqlarını bildiriblər. Başlıca məqsədi regionlarda mədəniyyətin daha da inkişaf etməsinə təkan verməkdən, bölgələrdə fəaliyyət göstərən teatrların bacarığını nümayiş etdirməkdən, teatrlar arasında yaradıcılıq əlaqələrini möhkəmləndirməkdən, sənət mübadiləsinə şərait yaratmaqdan ibarət olan festivalın öz vəzifəsini layiqincə yerinə yetirildiyi qeyd olunub.
Sonda festivalın bütün iştirakçılarına Lənkəran Şəhər İcra Hakimiyyətinin və Mədəniyyət Nazirliyinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
|
Просмотров: 273 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 24 Гостей: 24 Пользователей: 0
|