Главная » 2012 » Январь » 7 » Lənkəranda intihar hadisəsi baş verib
18:24 Lənkəranda intihar hadisəsi baş verib |
Lənkəran sakininin meyiti
işlədiyi tikinti materialları sexindəki dirəkdən asılmış vəziyyətdə ailə
üzvləri tərəfindən aşkarlanıb. APA-nın
Cənub bürosunun məlumatına görə, şəhər sakini, 55 yaşlı Rafiq Əlisa oğlu
Əliyevin meyiti hadisə yerinə çağırılan hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə
Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Lənkəran Zona
Mərkəzinə göndərilib. Meyitin daxili və xarici müayinəsi zamanı onun
üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. R.Əliyevin intihar
etməsinin səbəbləri isə hələlik bəlli deyil.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
|
Просмотров: 283 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 2 Гостей: 2 Пользователей: 0
|