Главная » 2012 » Июль » 31 » Lənkəranda iki naməlum şəxs dənizdə batıb
08:43 Lənkəranda iki naməlum şəxs dənizdə batıb |
Lənkəranda iki nəfər Xəzər dənizində batıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 30-da axşam saatlarında şəhərin dəmiryol vağzalının yaxınlığında - dənizin nəzarət olunmayan ərazisində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin və dalğıclarının səyləri nəticəsində 13-14 və 17-18 yaşlarında iki oğlanın cəsədi dənizdən çıxarılaraq, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran zona mərkəzinə gətirilib.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən hər iki gəncin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.
|
Просмотров: 255 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 14 Гостей: 14 Пользователей: 0
|