Главная » 2012 » Январь » 23 » Lənkəranda Həzi Aslanovun xatirə günü keçirilib
13:39 Lənkəranda Həzi Aslanovun xatirə günü keçirilib |
İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun xatirə günü onun doğulduğu Lənkəranda qeyd olunub. APA-nın
cənub bürosunun məlumatına görə, mərasim qəhrəmanın adını daşıyan
xiyabanda onun adına salınmış xatirə parkında ucaldılan monumental
abidənin önündə baş tutub. Çoxsaylı rayon sakinlərinin qatıldığı
tədbirdə Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşı Ağacəfər
Fətullayev çıxış edərək, bu diyarda hamının Həzi Aslanovla fəxr
etdiyini bildirib. Generalın 35 illik həyatında keçmiş ittifaqın bütün
hərbi orden və medallarına layiq görülən nadir hərbçilərdən biri kimi
dəyərləndirən natiq, onun eyni zamanda iki dəfə Sovet İttifaqı
Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlı olduğunu
xüsusi qeyd edib.
Mərasimdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının
aktyorlarının və "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında
qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Xatirə
mərasiminin iştirakçıları daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı
Həzi Aslanovun Ev muzeyində keçirilən tədbirə də qatılıblar.
Qeyd edək ki, bu muzey respublikada yaradılmış ilk qəhrəmanlıq
muzeylərindən biridir. 1969-cu ilin 9 mayında fəaliyyətə başlayan muzey
iki il öncə əsaslı təmir edilib. Muzeyin direktoru Tamara Fətullayeva
bir daha cəsur generalın şərəfli ömür yolundan söz açıb və eyni zamanda
iştirakçıları burada toplanmış eksponatlarla tanış edib.
|
Просмотров: 724 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 8 Гостей: 8 Пользователей: 0
|