Главная » 2016 » Декабрь » 31 » Lənkəranda fərdi edə yanğın olub
09:15 Lənkəranda fərdi edə yanğın olub |
Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 31-də saat səhər saatlarında rayonun Digah kənd sakini, 1952-ci il təvəllüdlü Qulam Seyfəli oğlu Məmmədova məxsus ikimərtəbəli, 4 otaqlı yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazrliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 252 kv.m olan evin birinci mərtəbəsində bir otağın tavanı 10 kv.m sahədə və “NORD” markalı soyuducu yanaraq yararsız vəziyyətə düşüb.
Faktla bağlı araşdırma aparılır.
|
Просмотров: 245 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|