Главная » 2012 » Январь » 21 » Lənkəranda çörəyin qiyməti ucuzlaşıb
14:34 Lənkəranda çörəyin qiyməti ucuzlaşıb |
![](http://upandown.ru/wp-content/uploads/2010/04/zdorov.jpg)
Bir
neçə gündür ki, Lənkəranın ticarət obyektlərində satılan çörəyin qıymətində
ucuzlaşma mühidə olunur. APA-cənub bürosunun məlumatına görə, əvvəllər 30
qəpiyə satılan 500 qramlıq çörəyin qiyməti indi 25 qəpik olub. Dükan sahibləri
çörəyin qiymətinin aşağı salınmasını dəyirman tərəfindən unun parakəndə
satışında endirimlərin edilməsi ilə əlaqələndirirlər. Onların sözlərinə görə,
əvvəllər 50 kiloqramlıq əla növ unun bir kisəsi 18-19 manata satıldığı halda,
hazırda 16-17 manata satılır. Bu isə çörəyin qiymətini aşağı salmağa rəvac
verib.
Qeyd edək ki, Lənkəranda ucuzlaşma
hələlik yalnız zavodda bişirilən çörəyə şamil olunub. Fiziki şəxslər tərəfindən
təndirdə bişirilən çörəyin qiyməti isə əvvəlki kimi 40 qəpikdir.
|
Просмотров: 280 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 11 Гостей: 11 Пользователей: 0
|