Главная » 2012 » Март » 18 » Lənkəranda bayram yarmarkası keçirilib
12:52 Lənkəranda bayram yarmarkası keçirilib |
Ötən gün Lənkəran şəhər İcra
Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə şəhərin dəmiryolu vağzalının
qarşısındakı meydanda Novruz bayramı münasibətilə kənd təsərrüfatı və
ərzaq məhsullarının satış yarmarkası təşkil edilib.
APA-nın Cənub bürosunun məlumatına görə,
əhalinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə
keçirilən yarmarkaya 300 tondan çox müxtəlif növ ərzaq məhsulları, o
cümlədən meyvə-tərəvəz, ət, yağ, yumurta, süd məhsulları çıxarılıb.
Məhsullar bazar qiymətindən orta hesabla 25-30% ucuz satılıb.
Bayram bazarlığına gələnlər qiymətlərin sərfəli olmasından, malların keyfiyyətindən və çeşidindən razı qaldıqlarını bildiriblər.
|
Просмотров: 298 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 9 Гостей: 9 Пользователей: 0
|