Главная » 2012 » Июль » 31 » Lənkəranda 9 günvurma faktı qeydə alınıb
08:47 Lənkəranda 9 günvurma faktı qeydə alınıb |
Yay mövsümü başlayandan bəri Lənkəranda 9 günvurma
hadisəsi qeydə alınıb. Bu barədə məlumatı APA-nın Cənub bürosuna Lənkəran Rayon
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Məmmədbağır
Axundov verib. Onun sözlərinə görə, günvurma hadisəsi barədə məlumat stansiyaya
iyunun sonlarında və iyulun ikinci ongünlüyü ərzində daxil olub. Hər iki halda
müraciət edən 9 nəfər xəstəyə müvafiq tibbi yardım göstərildikdən sonra evə
buraxılıb. Baş həkim isti hava şəraiti
ilə əlaqədar rəhbərlik etdiyi qurum tərəfindən əhali arasında maarifləndirici
tədbirlərin gücləndirildiyini qeyd edib:”Ya mən, ya da stansiyanın digər
həkimləri günvurmanın fəsadları, isti havada davranış qaydaları barədə tez-tez
yerli televiziya qarşısına çıxaraq tamaşaçıları məlumatlandırırıq”.
M.Axundov bu illə müqayisədə
keçən ilin yay fəslində rayon üzrə 23 günvurma hadisəsinin qeydə alındığını
bildirib:”Günvurmaya əsasən kiçik yaşlı uşaqlar və ahıl insanlar daha tez məruz
qalırlar”.
|
Просмотров: 246 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 28 Гостей: 28 Пользователей: 0
|