Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 6-da axşam saatlarında Ələt-Astara magistralının rayonun Liman şəhərindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Sütəmurdov kənd sakini Natiq Etibar oğlu Səmədov idarə etdiyi "Mersedes” markalı, 90 BD 047 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən Liman şəhər sakini, 1940-cı il təvəllüdlü Balabəy Əbdül oğlu Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.