Главная » 2011 » Июль » 7 » Lənkəranda 3 günvurma faktı qeydə alınıb
13:25 Lənkəranda 3 günvurma faktı qeydə alınıb |
Yay fəsli başlayandan bəri
Azərbaycanın Lənkəran rayonunda 3 günvurma faktı qeydə alınıb. Bu barədə
məlumatı APA-nın Cənub bürosuna
Lənkəran Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş
həkimi Məmmədbağır Axundov verib. Onun sözlərinə görə, günvurmaya əsasən
azyaşlı uşaq və ahıl şəxslər məruz qalıblar. Baş həkim tempraturun
gündən-günə yüksəlməsi nəticəsində günvurma hallarının artmasını istisna
etməyib:”Ona görə də biz dəfələrlə yerli qəzet və televiziya vasitəsi
ilə yerli əhaliyə müraciət edərək onları günəşin qızmar vaxtlarında açıq
havada gəzməməyi tövsiyə etmişik. Yaxşı olardı ki, çimərliklərə də ya
səhər saatlarında, ya da axşam saat 18.00-dən sonra üz tutsunlar. Yalnız
bu qydalara riayət etməklə bədbəxt hadisələrdən qorunmaq olar”.
|
Просмотров: 308 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|