Главная » 2014 » Декабрь » 27 » Lənkəran teatrında yeni tamaşanın premyerası olub
16:57 Lənkəran teatrında yeni tamaşanın premyerası olub |
Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında ərəb xalq nağılının motivləri əsasında səhnələşdirilmiş “Əlibaba və qırx quldur” tamaşasının premyerası olub.
APA-nın cənub bürosunun məlumatına görə, uşaqlar üçün hazırlanmış bu səhnə əsərinin quruluşçu rejissoru Əlibala Əsgərov, rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rollarda aktyorlardan Hikmət Cəfərov, Rauf Zeynalov, Emin Fərzullayev, Şəbnəm Hüseynova və başqaları çıxış edirlər.
|
Просмотров: 208 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 26 Гостей: 26 Пользователей: 0
|