Главная » 2012 » Март » 29 » Lənkəran teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb
20:39 Lənkəran teatrında iki yeni tamaşanın məşqlərinə başlanılıb |
![](http://www.apa.az/photos/Lenkeran%20dovlet%20dram%20teatri%20290312.jpg) Nəcəf bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrında türk yazarı Savaş Dişçelin qələmə aldığı
"Yaşanmayan gənclik” əsəri əsasında hazırlanan tamaşanın məşqlərinə
başlanılıb. APA-nın Cənub bürosunun
məlumatına görə, müasir gəncliyin üzləşdiyi problemlərdən,
sevgi-məhəbbət macərasından bəhs edən tamaşanın quruluşçu rejissoru
teatrın direktoru İslam Həsənov, quruluşçu rəssamı Məzaim Qurbanov,
musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Tamaşada əsas rollarda
respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Təvəkkül
Əliyev, aparıcı artistlər Allahverən Babayev, Əlibala Əsgərov və
digərləri çıxış edirlər.
Teatrda məşqlərinə başlanılan ikinci tamaşa bolqar yazıçısı Panço
Pançyevin "Dörd əkiz haqqında nağıl” əsəri əsasında hazırlanır. Məktəbli
tamaşaçılar üçün nəzərdə tutulmuş bu səhnə əsərinin quruluşçu rejissoru
Adil Zeynalov, rəssamı Məmmədyar Cəfərov, musiqi tərtibatçısı Fərahim
Fərəcovdur. Tamaşada əsas rolları aktyorlardan Emin Fərzullayev,
Qızılgül Quliyeva, Zemfira Nəcəfova, Aynur Əhmədova, Səyyad Əliyev və
başqaları canlandırırlar. Hər iki tamaşa aprelin ortalarında nümayiş
etdiriləcək.
|
Просмотров: 301 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 20 Гостей: 20 Пользователей: 0
|