Главная » 2011 » Июнь » 26 » Hacı Allahşükür Paşazadənin Mərakeşə səfəri başa çatıb
09:55 Hacı Allahşükür Paşazadənin Mərakeşə səfəri başa çatıb |
Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin Mərakeşə səfəri başa
çatıb. Afrikanın şimal-qərbində yerləşən Mərakeşi Azərbaycana
yaxınlaşdıran təkcə subtropik iqlim qurşağı deyil, həm də ərazi
problemidir. 22 ərəb ölkəsi arasında ən sabit dövlət kimi xaraketrizə
olunan Mərakeşin Qərbi Saxara münaqişəsi Vİ Məhhəmmədin Krallğında ən
ciddi problemlərindən biridir.
Bu baxımdan da bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə və bir qrup
millət vəkillərindən ibarət nümayəndə heyətinin Mərakeşə səfəri
təsadüfi deyildi. Elə müxtəlif səviyyələrdə keçirilən görüşlərdə də Hacı
Allahşükür Paşazadə müsəlman ölkələrnin öz ərazi bütövlüyünü birlikdə
müdafiə etməyə çağırdı.
Hacı Allahşükür Paşazadə deyir ki, nümayəndə heyəti Azərbaycanda baş
verən hadisələri onlara tanıtmağa çalışdı. Şeyxin sözlərinə görə,
xüsusən də Dağlıq Qarabağ məsələsinin hansı şəkildə həll olunması ərəb
ölkələrini də narahat edir: "Onlar bizi çox dəstəkləyirlər və bizim
səylərimizi yüksək qiymətləndirirlər. Mən bu səfəri nəticə etibarı ilə
olduqca yüksək qiymətləndirirəm”.
Mərakeş rəsmiləri də bu mövqedədir ki, bütün müsəlman ölkələri
problemələrin həllində həmrəy olmalıdır. Bunun üçün isə həm ikitərəfli,
həm də regionla əlaqələrin möhkəmlənməsinə ehtiyac var.
Mərakeş Nümayəndələr Palatasının sədri Şeyx Məhəmməd İbeydullanın
sözlərinə görə, Mərakeş Azərbaycanın ərazi bötövlüyünü dəstəkləyən, onu
tanıyan dövlətdir: "Bizim də Məğribdə Qərbi səhra problemimiz var. Ona
görə də hər iki ölkə qarşılıqlı olaraq bir-birinə yardım, kömək əlini
uzatmalıdır. İstər ATƏT olsun, istər Avropa Şurası, eləcə də İslam
Konfansı Təşkilatında əməkdaşlığımız davam etməlidir”.
Hər iki ölkənin din alimlərinin qarşılılqı olaraq təcrübələrini
paylaşması, təhsil mübadiləsi, bundan başqa, iqtisadi əlaqlərin inkişafı
da müzakirə olunan məsələr arasında idi. Bütün Qafqazın şeyxi həm də
paytaxt Rabatda hazırki kralın babası V Məhəmmədin mavzoleyini, o
cümlədən Kasablanka şəhərində inşa edilən ikinci Həsən Məscidini də
ziyarət edib.
Şeyxin Mərakeşə səfəri dünyada ən hündür minarəli ibadətgahda müsəlman
ölkəlrinin birliyinə duası ilə başa çatdı.
|
Просмотров: 305 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 24 Гостей: 24 Пользователей: 0
|