Главная » 2015 » Январь » 9 » Evlərdən oğurluq edən Lənkəran sakini tutulub
16:35 Evlərdən oğurluq edən Lənkəran sakini tutulub |
![](http://hafta.az/upload//ogru%20maskali%20000.jpg)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda evlərdən oğurluq edən şəxs saxlanılıb. Bunu APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi Toğrul Hüseynov bildirib. Onun sözlərinə görə, Lənkəran şəhər sakini, 1986-cı il təvəllüdlü Vüqar Bəhraməli oğlu Rəcəbov özgə əmlakını gizli yolla talamaq məqsədi ilə ayrı-ayrı vaxtlarda vətəndaşların mənzillərindən 1600 manat məbləğində məişətdə və tikintidə işlədilən avadanlıqları oğurlayaraq mənimsəyib. Polis Vüqar Rəcəbovu saxlayana qədər o, oğurladığı malların bir qismini satmağa müvəffəq ola bilib. Yerdə qalan mallar isə maddi sübut kimi götürülüb.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
|
Просмотров: 253 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 1 Гостей: 1 Пользователей: 0
|