Главная » 2012 » Март » 29 » Cəlilabadda şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib
17:56 Cəlilabadda şərab məhsulları istehsalının artırılması mövzusunda tədbir keçirilib |
Bu gün Azərbaycan İqtisadi
İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Cəlilabadda «Lənkəran iqtisadi
rayonunun sosial-iqtisadi inkişafı: rəqabət qabiliyyətli şərab
məhsullarının istehsalının artırılması» mövzusunda tədbir keçirilib.
Nazirlikdən «APA-ECONOMICS»ə
verilən məlumata görə, tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin
Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov bildirib
ki, hazırda Azərbaycanda dünya standartlarına uyğun, yüksək keyfiyyətli
məhsul istehsal edən müəssisələr mövcuddur və onların sayı davamlı
olaraq artır. Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları
müxtəlif ölkələrə ixrac edildiyini qeyd edən Z.Qasımov vurğulayıb ki,
«2012-2020-ci illərdə üzümçülüyün inkişafına dair Dövlət Proqramı»nın
icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar
sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına, kənd
əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaq.
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat
İnstitutunun direktoru Vilayət Vəliyev, nazirliyin Xarici ticarət
siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov
ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər, üzümçülüyün və şərab istehsalının inkişaf
perspektivləri, istehsal olunan məhsulların ənənəvi və yeni bazarlara
ixrac imkanları, rəqabət qabiliyyətliliyinin artırılması, məhsulların
beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, o cümlədən şərab
məhsullarının xarici bazarlara çıxarılmasında «GSP+» proqramının
əhəmiyyəti və sahibkarların maarifləndirilməsi tədbirləri barədə məlumat
verib.
|
Просмотров: 270 |
Добавил: apacenub
| Рейтинг: 0.0/0 |
|
Statistika
Онлайн всего: 14 Гостей: 14 Пользователей: 0
|